17 C
Baku
Sunday, October 6, 2024

Çilidə Konstitusiya referendumu keçiriləcək

Çilidə yeni konstitusiyanın təsdiqi ilə bağlı referendum keçiriləcək.

Bu, Avqusto Pinoçetin diktaturası (1973-1990) dövründə hazırlanmış sənədi əvəz etmək üçün ölkənin yeni əsas qanununun qəbuluna ikinci cəhddir.

Çilililərdən “Siz yeni konstitusiyanın mətnini dəstəkləyirsiniz, yoxsa yox?” sualına cavab vermələri istəniləcək. 18 yaşdan yuxarı bütün vətəndaşlar üçün referendumda iştirak məcburidir.

Sənəd bəyənilsə, Pezident Qabriel Boriç Milli Konqresin iclasını çağırmalı olacaq və iclasda yeni Konstitusiyaya hörmət və əməl edəcəyinə dair and içəcək. Bundan sonra 10 gün ərzində yeni əsas qanunun mətni hökumət qəzetində dərc olunaraq qüvvəyə minəcək.

Son xəbərlər
Digər xəbərlər