27 C
Baku
Saturday, July 27, 2024

Çin ABŞ-ı geri addım atmağa səsləyir

ABŞ tərəfindən ədalətsiz ticarətdə ittiham edilən rəsmi Pekin “bütün bunlar əsassızdır” deyə bəyan edib. Banker.az Sputnik-ə istinadən xəbərinə görə, rəsmi Pekin iqtisadi müharibənin yaranmaması üçün ABŞ-ı geri addım atmağa, sanksiyaları dayandırmağa səsləyib.

“ABŞ Çini əssasız olaraq ittiham edir. Bu ittihamlar qəbuledilməzdir. Ümid edirik ki, ABŞ ikitərəfli konstruktiv münasibətlərə zərər vuracaq bu sanksiyaları dayandıracaq. Yalnız bununla yarana biləcək iqtisadi müharibənin qarşısını almaq mümkün olacaq” – deyə Çinin maliyyə naziri Qao Fenq açıqlamasında bildirib.

İki ölkə başçısının noyabrın 30-unda Argentinada keçiriləcək G-20-nin toplantısında bir araya gələcəyi və bu məsələləri müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, ABŞ-ın bu ölkəyə iqtisadi sanksiyalar tətbiq etməsi ilə ümumi dəyəri 50 milyard dollar olan Çin malları üzərində vergi artıb. Çin məhsulları üzərinə qoyulan vergi 10 faizdən 25 faizədək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər