Çin ABŞ konqresmenlərinə və senatorlarına qarşı sanksiyalar tətbiq edəcək.
Banker.az xəbər verir ki, bu barədə ÇXR-in Xarici İşlər Nazirliyinin nümayəndəsi Hua Chunying məlumat verib.
Xatırladaq ki, daha əvvəl ABŞ Çinin Sincyan-Uyğur vilayətinin ictimai təhlükəsizlik İdarəsinə qarşı insan hüquqlarının pozulmasına görə sanksiyalar tətbiq etmişdir.
Qeyd edildiyi kimi, sankisyalar mərkəzi Komitənin siyasi bürosunun üzvü, Sincyan-Uyğur müxtar vilayətinin partiya komitəsinin katibi Chen Çuanqo, Təhlükəsizlik İdarəsinin katibi Ho Liujun və rayonun Partiya liderlərindən biri olan Chu Hailuna qarşı tətbiq edilib. Sanksiyalar tətbiq etməklə ABŞ bu şəxlərin bütün aktivlərinin dondurur, habelə onlarla işgüzar əlaqələrin qurulmasını və ABŞ-a gəlməsini qadağan etmiş olur.
ABŞ-ın bu tədbirlərinə cavab olaraq Çin amerikan konqresmenlərinə və senatorlarına qarşı sanksiyalar tətbiq edəcək.