Çin ABŞ-nin 50-dən çox şirkətinə qarşı sanksiyalar tətbiq edib

Çinin Ticarət Nazirliyi bazar ertəsi ABŞ-nin 10 şirkətinin ixrac nəzarəti siyahısına daxil edildiyini elan edib. Eyni zamanda, ölkənin Maliyyə Nazirliyi 46 Amerika şirkətini dövlət satınalmalarında iştirak hüququndan məhrum edib.

Ticarət Nazirliyinin rəsmi saytında bildirilir ki, qərar milli təhlükəsizliyin və milli maraqların qorunması, eləcə də beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə qəbul olunub. Sanksiyaya məruz qalan şirkətlər arasında “Aveox”, “Red Cat Holdings”, “Teal Drones”, IMSAR, “Jaia Robotics”, “Ball Aerospace & Technologies Corp.”, “Oshkosh Defense”, “L3Harris Maritime Services”, “MP Materials Corp.” və “USA Rare Earth” yer alır. Bundan sonra Çin ixracatçıları bu şirkətlərə ikili təyinatlı mallar tədarük edə bilməyəcəklər. Nazirliyin icazəsi ilə yalnız xüsusi hallarda istisnalara yol verilə bilər.

AFP-nin məlumatına görə, Çin Maliyyə Nazirliyi dövlət qurumlarına Lockheed Martin, Raytheon və Boeing-in müdafiə bölməsi də daxil olmaqla 46 Amerika şirkətindən məhsul və xidmətlərin satın alınmasını qadağan edib. Nazirliyin bəyanatında qeyd olunur ki, Çində Amerika kapitalının iştirakı ilə fəaliyyət göstərən şirkətlər də dövlət satınalmaları üzrə təchizatçılar siyahısından çıxarılıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər