27 C
Baku
Saturday, July 27, 2024

Çin ABŞ-ın ticarət məhdudiyyətlərini yeni əks cavabla təhdid etdi

Çin Xalq Respublikasının Vaşinqtondakı səfiri Cui Tiankai bildirib ki, ABŞ Çin ticarətini məhdudlaşdırmaq üçün yeni tədbirlər görsə, Çin yenidən ABŞ-a əks cavab verə bilər. Bu haqda CGTN telekanalı məlumat verib.

“Qeyd etmək istərdim ki, Ticarət Nazirliyinin gördüyü tədbirlər Amerikanın araşdırmasına cavab idi [Çin tərəfindən ABŞ-ın intellektual mülkiyyət hüquqlarının pozulması]. Əgər onlar bunu etsə, biz mütləq olaraq proporsional və eyni dərəcədə intensiv əks tədbirlər görəcəyik”, – deyə səfir təhdid edib.

Çin martın 9-da ABŞ tərəfindən qəbul edilən alüminium idxalının məhdudlaşdırılması, həmçinin 23 martda Çin ilə ticarətin məhdudlaşdırılmasına dair memorandum kimi tədbirlərinə cavab olaraq, aprelin 1-də ABŞ-ın 128 məhsulu ilə bağlı tariflər qoyub. Memorandum təxminən 60 milyard dollar dəyərində Çin məhsuluna tariflərin qoyulmasını nəzərdə tutur. ÇXR hakimiyyətinin məlumatına görə, Amerika idxalına qarşı cavab tədbirlərinin görülməsi üçün səbəb həmçinin ABŞ-da Çin şirkətləri ilə bağlı intellektual mülkiyyətin kütləvi oğurlanmasına, xüsusilə proqram təminatı və ticarət markalarına dair araşdırma aparılırması olub.   

Son xəbərlər
Digər xəbərlər