26 C
Baku
Sunday, April 28, 2024

Çin Ayın görünməyən tərəfi ilə əlaqə saxlamaq üçün peyk buraxıb

Çin Ayın tədqiqini asanlaşdıracaq “Tsyuetsyao-2” peykini orbitə çıxarıb.

Bu barədə Çin Milli Kosmik İdarəsi məlumat yayıb.

Departamentin saytındakı bəyanatda start missiyasının tam uğurla keçdiyi bildirilib.

Peyklə birlikdə “Changzheng-8” daşıyıcı raketi yerli vaxtla saat 08:31-də (Bakı vaxtı ilə 04:31) Çinin cənubundakı Haynan ada əyalətində yerləşən Vençan kosmodromundan orbitə buraxılıb. Orbitə buraxıldıqdan 24 dəqiqə sonra peyk daşıyıcı aparatdan ayrılaraq keçid orbitinə daxil olub.

Qeyd edək ki, peyk Ayda kəşfiyyat aparan vasitələrdən alınan məlumatları Yerə ötürəcək. Rəhbərlik aydınlaşdırıb ki, təkrarlayıcı Ayın Yerdən görünməyən tərəfində yerləşən zondlarla əlaqə yaratmağa kömək edəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər