26 C
Baku
Saturday, July 27, 2024

Çin Britaniya parlamentindən uyğurlarla bağlı səsvermənin ləğvini tələb etdi

Rəsmi Pekin Böyük Britaniya parlamentindən Çin Xalq Respublikasının şimal-qərbində Sinszyan-Uyğur muxtar rayonunda “insan hüquqları və soyqırımı sıxışdırılması”na aid olan səsvermənin ləğvini tələb edir.

TASS xəbər verir ki, bu barədə Çinin Londondakı səfirliyi tərəfindən yayılmış bəyanatda deyilir.

“Britaniyanın İcmalar Palatası 22 aprel tarixində Sinzyanda insan haqlarının pozulması və milli azlıqlara qarşı soyqırımı faktını tanıyan səsverməni bəyənib. Böyük Britaniyanın müvafiq məsələlərə obyektiv baxmasını, Çin Xalq Respublikasının əsas mənafelərinə hörmət göstərməsini və səhvini dərhal düzəltməsini tələb edirik”, – sənəddə deyilir.

Bəyanatda qeyd edilir ki, Pekin ona qarşı irəli sürülən ittihamları rədd edir, çünki onların böhtan hesab edir və özünün müstəqilliyini mətanətlə müdafiə edəcək.

“London İngiltərədəki insan haqlarına riayət edilməsi ilə əlaqədar problemləri bəzəməyə çalışır, eyni zamanda digər ölkələri də günahlandırır – bu açıq-aşkar ikiüzlülük və ikili standartlardır”, – bəyanatda vurğulanır.

Sinszyanda Çinin ən çoxsaylı milli azlıqlarından biri – İslam dininə etiqad edən uyğurlar yaşayır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər