16 C
Baku
Thursday, May 2, 2024

Çin dəmir yolu ilə gündəlik sərnişindaşımada milli rekordu qırıb

Çin Milli Dəmir Yolları Qrupu (China National Railway Group) sentyabrın 29-da 20,098 milyon sərnişin daşımaqla milli sərnişindaşıma rekordunu yeniləyib.

Bu barədə şirkətin məlumatında deyilir.

“Tarixdə ilk dəfə bir gündə dəmir yolu ilə daşınan sərnişinlərin sayı 20 milyon nəfəri ötüb”, – məlumatda bildirilir.

Qeyd edək ki, cümə günü Çində Payız Ortası Bayramı qeyd edilirdi və bundan dərhal sonra ölkədə Çin Xalq Respublikasının Quruluşu Günü (1 oktyabr) münasibətilə bir həftəlik istirahət başlayır. Adətən, bu bayram günləri nəqliyyat şəbəkələrində yüklənmə ilə müşayiət olunur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər