9 C
Baku
Friday, December 13, 2024

Çin fəlakət risklərini azaltmaq üçün kosmosa yeni peyk buraxır

Çin kosmosa yeni Yer müşahidə peyki göndərdiyini açıqlayıb.

Bu peyklə fəlakət risklərinin azaldılması hədəflənir. Çin fəlakət risklərini azaltmaq üçün kosmosa yeni Yer müşahidə peyki buraxıb.

Sinxua agentliyinin məlumatına görə, peyk Şaanşi əyalətindəki Tayyuen Peyk Mərkəzindən “Long March-2C” raketi ilə buraxılıb.

S-bandlı sintetik diyaframlı radar avadanlığına malik olan peyk 2022-ci ilin oktyabrında orbitə buraxılan eyni tipli başqa bir peyklə birlikdə fəlakətin qarşısının alınması və ətraf mühitin monitorinqi fəaliyyətləri üçün istifadə ediləcək.

Buludlu və yağışlı havalarda fəaliyyət göstərə bilən S diapazonlu radarlar bu şəraitdə optik peyklərin boşluqlarını bağlayır. Peykin real vaxt rejimində monitorinq və təbii fəlakət zonaları üçün məlumat toplama qabiliyyətini təmin etmək nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər