5 C
Baku
Saturday, December 14, 2024

Çin ilə təhlükəsiz biznesin qaydaları

Bir çox sahibkarlar Çin ilə yeni biznes qurmağa qorxurlar. Onlar risklərin səviyyəsinin çox yüksək olduğunu düşünürlər. Onlarla kilometr uzaqlıqda olan, anlaşılmaz dildə danışan və məhsulları müxtəlif standartlarla istehsal edən partnyorlara necə inanmaq olar?

Bugünkü gündə bazar yetərincə sivil olub və Çinlə təhlükəsiz biznes qurmaq real olub. Bunun üçün bir sıra tədbirlər almaq lazımdır. Çin bazarında sahibkar hansı risklərlə qarşılaşa bilər?

1. Təchizatçı axtarışı zaman dələduzluq

Adətən bu məişət məhsulların saxtalaşdırılmasıdır. Bunun qarşısını asanlıqla almaq olar. Özünüzdən soruşun ki, hər hansısa bir məhsul bu qədər ucuz ola bilərmi?
Sizə həmçinin bazarın monitorinqi və digər təchizatçıların təkliflərinin təhlili də kömək edə bilər.

2. Pul itkisi

Təsəvvür edin ki, siz məhsul sifariş etmisiniz və təchizatçıya öncədən pul vermisiniz. Əgər siz partnyorunuzun nüfuzunu sonuna qədər yoxlamamısınızsa, sizə məhsulu çatdırmaya bilərlər. Və belə olduğu halda siz pul itkisi ilə qarşılaşmış olacaqsınız.

3. Məhsulun çatdırılmaması

Bunun qarşısını almaq üçün partnyorunuzu yoxlayın və mütləq müqavilə imzalayın.

4. Keyfiyyətsiz və yaxud başqa məhsulların çatdırılması

Mütləq partnyorunuza məhsula qoyduğunuz tələbləri bildirin (texniki keyfiyyətlər, dizayn, qablaşdırılma, təlimat kitabçasının olamsı və s.) Bu məlumatlar müqavilə də əsas şərt kimi göstərilməlidirilər.

5. Bazar məhsulu qəbul etmir

Əgər məhsula bazarda tələbat yoxdursa, deməli, bu sizin səhvinizdi. Siz bazarı yaxşı təhlil etməmisiniz.

Çin ilə biznesin sadə qaydaları:

• təchizatçıları yoxlayın;
• nüsxələri sınaqdan keçirdin;
• ucuz mallar arxasıyca qaçmayın;
• məhsulun keyfiyyətini yoxlayın;
• təchizatçını şəxsən ziyarət edin;
• müqavilə bağlayın;
• ticarət nişanını qeydiyyatdan keçirdin;
• daim bazarı təhlil edin.

Son xəbərlər
Digər xəbərlər