Çin iqtisadiyyatının “ürəyi” adlandırılan və mikrosxem istehsalçısı olan SMIC şirkəti əvvəllər məlum olmayan problemlə üzləşib.
CNBC xəbər verir ki, istehsal şirkətinin rəhbərinin qəfildən istefasına elan etməsindən sonra SMIC dünyanın əsas fond indekslərindən birindən çıxarılıb.
Belə ki, dekabrın ortalarında SMIC şirkətin həmrəhbərlərindən olan Mon Sun Lyanın istefa planlarından xəbərdar olduğunu elan edib və top menecerin həqiqi niyyətlərini və bu hərəkətin səbəblərini aydınlaşdıracağını vəd edib.
Bununla eyni zamanda dünyanın aparıcı fond indekslərindən birini hesablayan Amerikanın fond provayderi MSCI bir sıra Çin şirkətinin, o cümlədən də SMIC-nin xaric olacağını elan edib.
Şirkətin indeksdən kənarlaşdırılmasının səbəbi Çindəki ayrı-ayrı müəssisələrlə, yəni texnologiya sektoru ilə əməkdaşlığın qanuni qadağan edilməsidir. ABŞ rezidentləri üçün bu cür əməkdaşlığa qadağa qoyulub.
Bundan sonra Honkonq Fond Birjasında SMIC səhmləri dekabrın 16-dakı ticarət sessiyasında 4,9% ucuzlaşıb.
Hazırda şirkətin bir səhmi 20,2 Honkonq dolları (2,6 ABŞ dolları) civarında ticarət edilir.