3 C
Baku
Saturday, December 14, 2024

Çin işsizlik məlumatlarının dərcini dayandırıb

Çinin Milli Statistika Bürosu gənclər arasında işsizlik məlumatlarının yayımını müvəqqəti dayandırdığını bildirib. Son aylarda işsizlik rekordlar qırır və iyunun sonunda 21.3%-ə çatıb. İndi səlahiyyətlilər hesablama metodologiyasına yenidən baxmalı olduqlarını iddia edirlər.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Hazırda gənclər arasında işsizlik səviyyəsi statistikasına həm məzun olanlar, həm də tələbələr daxil olmaqla 16-24 yaş arası şəxslər haqqında məlumatlar daxildir. Sonuncuların işsizlik statistikasının dərci bərpa edildikdən sonra hesablamalardan xaric edilməsi ehtimalı var, çünki onların çoxu ümumiyyətlə iş axtarmır. Bundan əlavə, səlahiyyətli orqanlar işsizlik səviyyəsini təyin edərkən nəzərə alınacaq şəxslərin yaş həddinə də düzəliş edə bilər.

Son xəbərlər
Digər xəbərlər