10 C
Baku
Friday, December 13, 2024

Çin koronavirusa qarşı yeni vaksini sınaqdan keçirib

Çində koronavirusa qarşı matritsa ribonukleyin turşusu (mRNT) vaksininin kliniki sınaqlarının birinci mərhələsi uğurla başa çatıb.

Vaksin “Abogen Biosciences” və “Walvax Biotechnology” şirkətləri tərəfindən Çin Hərbi Elmlər Akademiyası ilə birgə hazırlanıb.

Qeyd olunur ki, bu vaksin “Pfizer/BioNTech” şirkətlərinin vaksini ilə eyni texnologiya əsasında hazırlanıb.

Vaksinin sınaqları ötən il oktyabrın 30-dan dekabrın 2-dək Hançjou şəhərində 120 könüllünün iştirakı ilə keçirilib.

Sınaqlar və sınaqdan sonrakı müşahidələr dövründə hər hansı bir əks-təsir müşahidə olunmayıb.

Preparatın kütləvi istehsalının yaxın aylardan başlanması planlaşdırılır. İlkin mərhələdə ildə 120 milyon doza vaksinin istehsalı nəzərdə tutulub.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər