22 C
Baku
Thursday, May 2, 2024

Çin kosmosa 7 yeni peyk buraxıb

Çin ölkənin şimal-qərbindəki Cyucuan Kosmik Mərkəzindən “CERES-1 Y7” raket daşıyıcı aparatının buraxılışını uğurla həyata keçirib.

Pekin vaxtı ilə saat 12:03-də buraxılışı həyata keçirilmiş kommersiya raketinin göyərtəsində 7 peyk olub.

Onların arasında hiperspektral, infraqırmızı və panxromatik kameralarla təchiz edilmiş “Xiguang-1 01” peyki də var. Ondan Yerin müşahidəsi, təbii ehtiyatların saxlanması, kənd təsərrüfatı, meşə təsərrüfatı və fəlakətlərin qarşısının alınması üçün istifadə olunacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər