Çin prezidenti Xi Jinping, Pekinin blokçeyn texnologiyasını inkişaf etdirmək istədiyini söylədikdən sonra Çin investorları blokçeyn texnologiyası ilə əlaqəli bütün səhmlərdə böyük miqdarda “alış” ediblər.
Çin prezidentinin açıqlamasından sonra ölkədə ticarət əməliyyatları aparan 60 şirkətin səhmlərində artım günlük 10% həddində olub
“Shenzhen İnformasiya Texnologiyaları” indeksi bazar ertəsi günü 5,1% artaraq, iki ayın ən yüksək artımını göstərib. Dünyanın ən yüksək dəyərli kriptovalyutası “Bitcoin”in qiyməti isə 30% artıb.
Bazarın reaksiyası, Xi Jinpingin dəstəyinin nə qədər təsirli ola biləcəyini göstərir. Yüksək vəzifəli şəxslər böyük siyasi yığıncaqlarına 2018-ci ilin əvvəlindən bəri ilk dəfə bazar ertəsi günü başlayıb.
©Report