7 C
Baku
Sunday, December 15, 2024

Çin Mərkəzi bankı Bitcoin-i valyuta olaraq dəstəkləmir

Banker.az xəbər verir ki, Çin Mərkəzi bankı belə hesab edir ki, Bitcoin kimi kriptovalyutalar həyat qabiliyyətli altervativ valyuta ola bilməz. Lakin tənzimləyici bununla belə, onların dəyəri qoruyub saxlamaq xüsusiyyətini dəstəkləyir.

Bitcoin valyutasının özünü təsnifləşdirmək kifayət qədər problemli məsələdir. Qiyməti artan dəyərli aktiv qismində Bitcoin-i rəqəmsal qızıl ilə müqayisə edirlər. Lakin eyni zamanda, müxtəlif pərakəndə mağazalarda Bitcoin ilə daha çox hallarda məhsul əldə etmək mümkündür.

Çin rəqəmsal valyutalara münasibətdə birmənalı siyasət yürütmür. Belə ki, ölkə gah aktivlərin çıxarılmasını qadağan edir, gah da kriptovalyuta ilə edilən fırıldaqçılıq hallarını minimallaşdırmağa istiqamətlənmiş qaydalar təyin edir.

Bundan əlavə, qeyd edək ki, Çin Mərkəzi bankı ölkə rəhbərliyi tərəfindən tənzimlənən və idarə olunan şəxsi rəqəmsal valyutasının yaradılması barədə niyyətini elan etmişdi.

Son xəbərlər
Digər xəbərlər