12 C
Baku
Wednesday, December 11, 2024

Çin Mərkəzi Bankının rəhbərinin istefa verəcəyi gözlənilir

Çin Mərkəzi Bankının rəhbəri Yi Qanq Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyündən uzaqlaşdırılıb. Bundan sonra o, çox güman ki, istefa verəcək.

Banker.az xəbər verir ki, xarici mətbuatın yaydığı məlumata görə, Yi Qanqın təqaüd yaşına çatması ilə əlaqədar 2023-cü ilin birinci rübündə vəzifəsini tərk edəcəyi gözlənilir.

Yinin 64 yaşında olduğunu və rəhbər vəzifəli məmurların pensiya yaşının 65 olduğunu nəzərə alsaq, o, gələn il təqaüdə çıxmaq hüququna malikdir. Bəzi ekspertlər Yinin səlahiyyət müddətinin sələfi Zhou Xiaochuan kimi uzadıla biləcəyini deyirlər.

Mənbələrə görə, Çin Mərkəzi Bankının sədri vəzifəsinə Yin Yonq gələcək. Yonq 2016-2018-ci illərdə Çin Mərkəzi Bankının sədr müavini olub. 53 yaşlı Yin Yonq Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilib.

Son xəbərlər
Digər xəbərlər