1 C
Baku
Monday, February 26, 2024

Çin özəl biznes sektorunda “əlverişli imic” yaratmaq üçün Cek Manı ölkəyə qaytarmaq istəyir

Çin hökuməti Cek Manı ölkəyə qaytarmaqla hökumətin biznesə dəstəyini göstərmək istəyir. Qeyd edək ki, daha əvvəl sahibkar xaricdə qalmaq qərarını verib.

“Bloomberg” yazır ki, Ma Çin hökumətinə biznesə dəstəyi nümayiş etdirməkdə kömək etməkdən imtina edib və kənd təsərrüfatı tədqiqatlarına diqqət yetirmək üçün şirkətlərini tərk etdib.

Cek Ma 2020-ci il maliyyə sammitindəki çıxışından sonra demək olar ki, ictimaiyyət arasında görünmür. Çıxışında sakibkar Bazel razılaşmalarını “qocalar klubu”, Çinin dövlət banklarını isə innovasiyaları boğan “lombardlar” adlandırıb.

Bundan sonra Honq-Konq və Şanxay birjaları Ma tərəfindən təsis edilmiş “Alibaba”nın törəməsi olan “Ant Group”un IPO-sunu təxirə salıb.

2023-cü ilin yanvarında media Cek Manın “Ant Group”a nəzarəti itirdiyini bildirib.

Son xəbərlər
Digər xəbərlər