Çin bir daha planetin atmosferi üçün dünyanın ən zərərli ölkələrindən biri kimi seçilib. Alimlərin fikrincə, ÇXR-in müəssisələri bütün inkişaf etmiş ölkələrdəki müəssisələrdən daha çox tullantı istehsal edir.
“Rhodium Group” tədqiqat şirkətinin məlumatına görə, 2019-cu ildə Çində atmosferə ən çox zərər verən altı qazın (karbon, dioksid, metan, azot oksidi daxil olmaqla) emissiyaları 14.09 milyard tona yüksəlib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan bütün digər ölkələr isə 30 milyon tondan az tullantı istehsal edib.
Problemin miqyasını böyük şəhərlərdə dumanın uzun müddət qalmasının adi hala çevrildiyi Çinin özündə də başa düşürlər. ÇXR hökuməti karbon qazı tullantılarının azaldılmasının vacibliyini dəfələrlə vurğulayıb: ölkə 2040-cı ilədək ətraf mühitə zərəri əhəmiyyətli dərəcədə azaltmağa və 2060-cı ilədək sıfır səviyyəyə çıxmağa söz verib.
Nyu-Yorkun iqlim tədqiqatları qrupu qlobal emissiyaların 27%-nin Çinin payına düşdüyünü qeyd edir. İkinci yerdə ABŞ (11%), üçüncü yerdə isə Avropa İttifaqı ölkələri (6.6%) dayanır.
Tədqiqatçılar təhlükəli ekoloji vəziyyətin ÇXR-də nisbətən yaxın zamanda inkişaf etdiyini və bu ölkənin qlobal istiləşmənin yeganə günahkarı hesab edilə bilmədiyini vurğulayırlar. Belə ki, 1975-ci ildən başlayaraq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan dövlətlər Çindən dörd dəfə çox tullantı istehsal ediblər.