9 C
Baku
Friday, December 13, 2024

Çin Rusiyadan kömür və nefti yuanla alıb

Çin konsaltinq şirkətinin verdiyi məlumata görə, Rusiyadan yuanla alınan ilk kömür və neft daşımaları aprel və may aylarında Çinə gələcək. “ESPO” markalı xam neftin bir neçə göndərişi Çindəki özəl neft şirkətləri tərəfindən alınıb.

Banker.az xəbər verir ki, qarşılıqlı hesablaşmaları Çinin milli valyutası ilə almaq imkanı Rusiyanın neft treyderləri tərəfindən təmin edilib. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Rusiya ilə yuan və ya rublla enerji ticarətinə maraqdan da danışıb. “Mütəmadi ticarət və iqtisadi qarşılıqlı fəaliyyət prosesində öz milli valyutanızdan istifadə bizə valyuta risklərindən qaçmağa və valyuta mübadiləsi ilə bağlı xərcləri azaltmağa kömək edə bilər”, – mesajda bildirilib.

Qeyd edək ki, özəl şirkətlərdən fərqli olaraq, Çinin dövlət şirkətləri Ukrayna hadisələri fonunda Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların sərtləşdirilməsi ilə əlaqədar Rusiya ilə neft müqavilələri bağlamaqdan yayınır. Çin hakimiyyətinin Rusiya ilə yeni sövdələşmələrdə ehtiyatlı olmaq tövsiyəsi özəl şirkətlərə şamil edilmir.

Son xəbərlər
Digər xəbərlər