2 C
Baku
Saturday, December 14, 2024

Çin şirkətləri ABŞ-dan çəkinərək Huawei-ə cihaz satışını dayandırdı

Huawei demək olar ki, ümidsiz vəziyyətdədir.

Tayvanlı yarımkeçirici istehsalçı TSMC ABŞ sanksiyalarından dolayı bu yaxınlarda Huawei məhsullarını tədarük etməyi dayandırdı. Çin şirkəti öz ölkəsindən olan istehsalçılara ümid edirdi, amma məlum olduğu kimi, artıq onlar da cihazlar üçün komponentlər satmırlar. ABŞ-ın çip tədarükünə tətbiq etdiyi sanksiyalar 15 sentyabrda qüvvəyə minib. Yeni qaydalara görə, Huawei Amerika texnologiyasından istifadə edərək yaradılan məhsulları ala bilmir.

Bəzi mənbələrə istinadən xəbər verilir ki, Çin şirkəti bu günə qədər anbarlarında aktiv olaraq mikrosxemlər yığırdı.

Lakin indi bütün tədarüklər dayandırılıb və bu, Çin çip istehsalçılarına da aiddir. Analitiklər hesab edirlər ki, Çinli təchizatçıların bu qərarına səbəb ABŞ-dan çəkinmələridir. İstehsalçılar Amerika rəhbərliyi üçün yeni bir hədəf olmaqdan qorxurlar. Nəticədə, Huawei hamının düşündüyündən daha həssas vəziyyətdə qalıb. Komponent ehtiyatları bitdikdə isə şirkətin nə edəcəyi məlum deyil.

MənbəTed.az
Son xəbərlər
Digər xəbərlər