10 C
Baku
Thursday, December 12, 2024

Çin Tayvana hücum edə bilər – ABŞ rəsmisi

ABŞ Çinin Tayvana hücuma keçəcəyini ehtimal edir.

Bunu ABŞ Dövlət katibinin müavini Uendi Şerman deyib.

“ABŞ hökuməti Pekinin Tayvana qarşı hücum potensialını etiraf edir. ABŞ administrasiyası hadisələrin belə inkişafının qarşısını almaq üçün səy göstərir”, – deyə Şerman bildirib.

O, hərbi əməliyyatların mümkünlüyü ilə bağlı fikrini partiyanın son qurultayından sonra Çin Xalq Respublikasının Sədri Si Cinpinin açıqlaması ilə əsaslandırıb.

“O, Tayvanı Çinlə birləşdirəcəyini söylədi. Bunu sülh yolu ilə edəcəyinə ümid etdiyini söyləsə də, lakin çox açıq şəkildə dedi ki, əgər ona güc tətbiq etmək lazım gələrsə, bundan istifadə edəcək”, – deyə siyasətçi qeyd edib.

Şermanın sözlərinə görə, ABŞ Çini bu istiqamətdə hərəkət etməməyə inandırmağa çalışır. ABŞ, həmçinin, özünü müdafiə etmək üçün vasitələrə sahib olsun deyə Tayvanı da dəstəkləmək fikrindədir.

Son xəbərlər
Digər xəbərlər