9 C
Baku
Friday, December 13, 2024

Çin texnologiya şirkətlərinə qarşı yeni antimonopoliya tələbələrini irəli sürüb

Çin hökuməti texnologiya şirkətlərinə qarşı yeni antimonopoliya tələblərini irəli sürüb.

Banker.az bu barədə “Vc.ru”a istinadən xəbər verir.

Səlahiyyətlər qiymət sövdələşməsinə və bazarı idarə etməyə kömək edən alqoritmlərin tətbiqinə qarşı mübarizə aparacaqlar.

Mütəxəssislər yeni tələblərin Çinin ən böyük onlayn xidmətlərinə təzyiqi artıracağını gözləyirlər. Söhbət ilk növbədə “Alibaba”nın “Taobao” və “Tmall” xidmətlərindən gedir. Eyni zamanda, qaydalar “Alipay” və “WeChat Pay” ödəmə xidmətlərinə şamil ediləcək.

Yeni qaydalar onlayn bazarda azad rəqabətin təmin edilməsini nəzərdə tutur ki, bundan sonra satıcılar yalnız böyük oyunçulara üstünlük vermək məcburiyyətində olmayacaqlar.

Xatırladaq ki, keçən ilin sonunda çinli milyarder Cek Ma tərəfindən qurulan “Alibaba”ya qarşı antimonopoliya istintaqı başlamışdır. Ötən həftə “TikTok”a sahib olan “ByteDance” şirkəti isə “Tencent”ə qarşı iddia qaldırıb. İddiada onun antimonopoliya qaydalarını pozduğu və “Douyin” xidmətinə çıxışı bağladığı bildirilir. “Tencent” bu ittihamı rədd edib.

Son xəbərlər
Digər xəbərlər