7 C
Baku
Thursday, December 12, 2024

Çin və S. Ərəbistanı arasında valyuta mübadiləsi sazişi imzalanıb

Çin Xalq Bankı və Səudiyyə Ərəbistanı Mərkəzi Bankı arasında valyuta mübadiləsi sazişi imzalanıb.

Müqavilənin həcmi 50 milyard yuan (demək olar ki, 7 milyard dollar) və ya 26 milyard rialdır. O, üç il müddətində qüvvədə olacaq və tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilər.

Məlumata görə, sazişin Çin və Səudiyyə Ərəbistanı arasında maliyyə əməkdaşlığının gücləndirilməsinə, iki ölkənin milli valyutalarının istifadəsinin genişləndirilməsinə və ticarət və investisiyaların asanlaşdırılmasına kömək edəcəyi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər