7 C
Baku
Thursday, December 12, 2024

Çin viza rüsumlarını azaldır

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin brifinq zamanı bildirib ki, Çinin xaricdəki səfirlikləri və konsulluqları viza rüsumlarını 75%-ə qədər azaldacaq. Onun sözlərinə görə, söhbət 2023-cü il dekabrın 11-dən 2024-cü il dekabrın 31-dək qüvvədə olacaq müvəqqəti tədbirdən gedir.

O, bütün Çin səfirlikləri və konsulluqları tərəfindən tətbiq olunacaq. “Təfərrüatları dəqiqləşdirmək üçün müəyyən bir ölkədəki Çin səfirliyi və ya konsulluğu ilə əlaqə saxlamalısınız”, – mesajda deyilir.

Vanq Venbin əlavə edib ki, Çin hakimiyyəti ölkə vətəndaşlarının xaricə səyahət imkanlarını sadələşdirməyə, eləcə də gəlmə turizmin inkişafı üzərində işi davam etdirmək niyyətindədir.

Son xəbərlər
Digər xəbərlər