19 C
Baku
Monday, April 29, 2024

Çin xarici mütəxəssislər üçün viza tələblərini yüngülləşdirəcək

Çin hakimiyyəti xarici mütəxəssislər üçün viza tələblərini yüngülləşdirmək niyyətindədir.

Bu barədə “Nikkei Asia” portalı Çin Xalq Respublikasının Miqrasiya Məsələləri üzrə Dövlət Administrasiyasının nümayəndəsi Jia Tonbinqin bəyanatına istinadən məlumat yayıb.

Bəyanatda deyilir ki, tanınmış şirkətlər üçün işləyən və ya elmi araşdırmalarla məşğul olan əcnəbilər, ölkədə ardıcıl iki il yaşadıqları təqdirdə bir illik deyil, beş illik viza üçün müraciət edə biləcəklər.

Oxşar güzəştlər Çində qalmaq üçün qanuni əsasları olan xarici sahibkarlar üçün də nəzərdə tutulub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər