2 C
Baku
Sunday, December 15, 2024

Çin yuanı beynəlxalq valyutaya çevrilir

Çin hökuməti öz maliyyə bazarını yaratmaqla ölkənin pul vahidi olan yuanı beynəlxalq valyutaya çevirmək cəhdlərini davam etdirəcək.

Bunu Çin Milli Bankının rəhbəri Çjou Syaoçuan deyib.

Onun sözlərinə görə, yuanın beynəlxalq valyutaya çevrilməsi prosesində bir sıra qərarlar qəbul edilib ki, bütün bunlar da yuanı ticarət və investisiya zamanı istifadə etməyə imkan verir. “Bundan başqa, yuan artıq altı əsas valyuta səbətində yer alıb. Əsas prosedurlar həyata keçirilib. Dünya bazarı iştirakçılarının yuanla hesablaşmalara keçməsi üçün kifayət qədər vaxt lazımdır. Buna baxmayaraq, Çin yuanı beynəlxalq valyutaya çevirmək üçün əlindən gələni edəcək. Biz heç kimi heç nəyə məcbur edə bilmərik. Qərarlar öz düşüncəmizdən yaranır,” – deyə Ç. Syaoçuan bildirib.

Qeyd edək ki, 2015-ci ilin noyabrında Beynəlxalq Valyuta Fondu 2016-cı ilin 1 oktyabr tarixindən yuanın əsas valyuta səbətinə daxil edilməsi barədə qərar qəbul edib. Səbətdə yer alan digər valyutalar dollar, avro, ingilis funt sterlinqi və Yaponiya yenidir. 2015-ci ilin sonlarında isə Rusiya Mərkəzi Bankı Çin yuanını ölkənin qızıl-valyuta ehtiyatları sırasına daxil edib.

 

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər