26 C
Baku
Saturday, July 27, 2024

Çin yuanının coğrafiyası genişləndirilir

Çin hökuməti RMB-nin (renminbi – yuanın rəsmi adı) beynəlxalq əməliyyatlarda istifadəsini daha da genişləndirmək məqsədilə əcnəbi mərkəzi banklarda valyuta ehtiyatı qismində toplanmasını təşviq etmək üçün xüsusi pilot proqramını işə salıb.

Çin Xalq Bankının (Bank of China) saytında bildirilir.

Belə ki, RMB-nin beynəlxalq miqyaslı valyutaya çevrilməsindən on il sonra əcnəbi sərmayədarları tərəfindən daha geniş istifadə olunacağı güman edilir.

Bu il də koronavirus pandemiyasının fəsadlarına baxmayaraq, yuanın beynəlxalq əməliyyatlarda istifadəsi artmağa davam edir. Belə ki, ekspertlərə görə hazırda xarici ölkələrin mərkəzi banklarının 70 faizindən çoxu qızıl və valyuta ehtiyatlarına RMB-ni daxil ediblər.

“Çin kapital bazarı daha da açıq hala gətirilməlidir ki, bunun üçün də RMB sərbəst tədavül olmalıdır”, – İMF-nin Çin üzrə icraçı direktoru Cin Joqsia deyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər