5 C
Baku
Wednesday, February 21, 2024

Çində “ChatGPT”nin ən qabaqcıl analoqu təqdim edilib

Çinin “Iflytek” şirkəti təhsil və korporativ məqsədlər üçün “ChatGPT”nin analoqunu  təqdim edib. Qeyd etmək vacibdir ki, təqdimat Çin hakimiyyətinin sənayeyə nəzarətin gücləndirilməsi ilə bağlı bəyanatları fonunda baş tutub.

Neyron şəbəkəyə “SparkDesk” adı qoyulub. Şirkətin rəhbəri Liu Qingfeng bildirir ki, onun yaratdığı süni intellekt Çin dilini başa düşür.

“Generativ süni intellekt texnologiyasının təsiri İnternetin yaranması qədər vacibdir. Biz əlimizdən gələni etməliyik və ChatGPT-ni ötməyə çalışmalıyıq”, – deyə Liu Qingfeng söyləyib.

Qeyd etmək lazımdır ki, “Iflytek” öz çat-botunu inkişaf etdirmək qərarına gələn yeganə Çin şirkəti deyil. Bundan əvvəl Çinin internet nəhəngi “Baidu”nun da “ChatGPT”nin  rəqibini yaratmaq planları haqqında məlumat yayılmışdı.

Son xəbərlər
Digər xəbərlər