17 C
Baku
Wednesday, May 22, 2024

Çində “ChatGPT”nin analoqunu yaradacaqlar

Çinin ən böyük texnologiya şirkətləri “ChatGPT” neyron şəbəkəsinin yerli analoqunu yaratmağı planlaşdırır.

Qeyd olunur ki, “Alibaba Group Holding”, “Tencent Holdings”, “Baidu”, “NetEase” və JD.com neyron şəbəkələri sahəsində öz məhsullarını sınaqdan keçirmək planlarını açıqlayıb.

“Baidu” birbaşa “ChatGPT” tipli bot yaratmağı düşündüyünü bəyan edib. “Alibaba” qeyd edib ki, şirkət detalları açıqlamadan artqı botun daxili sınaqlarını  aparır. “Tencent” süni intellekt tərəfindən yaradılan məzmun üzərində araşdırma aparıldığını bildirib. JD.com bəzi neyron şəbəkə texnologiyalarını xidmətlərinə inteqrasiya etmək, “NetEase” isə təhsil məqsədləri üçün oxşar məzmunu sınaqdan keçirdiklərini açıqılayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər