16 C
Baku
Sunday, May 26, 2024

Çində ÜDM ilin birinci rübündə 5.3% artıb

Çində ilin birinci rübündə ümumi daxili məhsul (ÜDM) yuan ifadəsində ötən ilin eyni dövrü ilə müqayisədə 5.3 faiz artaraq, 29.63 trilyon yuana (təxminən 4.09 trilyon ABŞ dolları) çatıb.

Bu barədə Çinin Dövlət Statistika Bürosu açıqlama yayıb. Yanvar-martda ÜDM-in artımı əvvəlki rüblə müqayisədə 1.6 faiz olub. Qurumun sədr müavini Şen Layyün bildirib ki, istehsala tələbatın artması, sabit məşğulluq və qiymətlər kimi amillər iqtisadiyyatın artımını təmin edən amillərdir. Bununla belə ilin birinci rübündə daşınmaz əmlaka yatırılan sərmayələr 9.5 faiz azalıb. Dünyanın 2-ci ən böyük iqtisadiyyatı olan Çində mart ayında ixracın və idxalın azalması da müşahidə olunub.

Qeyd edək ki, Çində ötən il ÜDM artımı 5.2 faiz olub. Hökuməti cari il üçün iqtisadiyyatın artımını 5 faiz civarında hədəfləyib.

MənbəAZƏRTAC
Son xəbərlər
 ⁠
Digər xəbərlər