26 C
Baku
Saturday, July 27, 2024

Çindən gələn nadir hadisə – etirazlar xəbəri nefti 11 ayın minimumuna endirdi

Bazar ertəsi neft fyuçersləri bir barel üçün $2-dən çox ucuzlaşdı, WTI son 11 ayın ən aşağı səviyyəsinə çatıb.

Banker.az xəbər verir ki, bu qiymətləri aşağı çəkən əsas drayver dünyanın ən böyük neft idxalçısı Çində ciddi COVID-19 məhdudiyyətlərinə etirazlar, tələb narahatlıqlarını artırıb.

Brent markalı neft $2.16 və ya 2.6% ucuzlaşaraq, sessiyanın əvvəlində 81.16 dollara endikdən sonra bir barel üçün 81.47 dollara satılaraq yanvarın 11-dən bəri ən aşağı səviyyəyə düşüb.

WTI markalı neft $2.08 və ya 2.7% ucuzlaşaraq 74.20 $/barelə bərabər olub. Daha əvvəl $73.82-yə qədər ucuzlaşıb — 27 dekabr 2021-ci ildən bəri ən aşağı göstəricidir.

Keçən həftə 10 aylıq minimuma çatan hər iki göstərici ardıcıl olaraq üç həftəlik eniş nümayiş etdirdi. Brent son həftəni 4.6%, WTI isə 4.7% ucuzlaşıb.

COVID-19 yoluxmalarının artması səbəbindən Çində yanacağa tələbatın zəifləməsi ilə bağlı artan narahatlıqlar, hökumətin Şanxayda sərt COVID məhdudiyyətlərinə dair nadir etirazların səbəb olduğu siyasi qeyri-müəyyənlik qiymətlər üçün təzyiq effekti verir.

WTI-nin ticarət diapazonunun 70-75 dollara düşəcəyinin gözlənildiyini, OPEC+ görüşünün nəticələrindən və Rusiya neftinin qiymət həddindən asılı olaraq bazarın qeyri-sabit qalacağı gözlənilir.

Dünyanın ən çox neft idxalçısı olan Çin dünyanın bir çox ölkəsi əksər məhdudiyyətləri aradan qaldırsa da, ölkə sədri Si Cinpinin “sıfır-COVID” siyasətinə sadiq qalıb.

Bazar günü gecə Şanxayda yüzlərlə nümayişçi ilə polis toqquşdu, çünki Çinin sərt COVID məhdudiyyətlərinə etirazlar üçüncü gündür alovlandı və ölkənin uzaq qərbindəki ölümcül yanğından sonra bir neçə şəhərə yayıldı.

Vətəndaşların bu hərəkətləri Çində nadir bir hadisədir. İndi on il əvvəl hakimiyyəti ələ alan Si Cinpinin bu hərəkəti – pandemiyadan təxminən üç il sonra “sıfır-COVID” siyasətinə görə insanlar arasında məyusluğu artır.

OPEC+ karteli dekabrın 4-də görüşəcək.

Oktyabr ayında OPEC+ hasilatı 2023-cü ilə qədər gündəlik 2 milyon barel azaltmağa razılaşmışdı.

İraqın dövlət xəbər agentliyinin şənbə günü ölkənin rəsmisi demişdi ki, növbəti OPEC+ iclasında bazarın vəziyyəti və balansı nəzərə alınacaq.

İnvestorlar həmçinin Qərbin Rusiya neftinə qiymət həddi ilə bağlı planlarına diqqət yetiriblər.

G7 və Avropa İttifaqı diplomatları qlobal neft bazarlarını pozmadan Moskvanın Ukraynaya hərbi hücumunu maliyyələşdirmək üçün gəliri məhdudlaşdırmaq məqsədi ilə Rusiya neftinin barrelinin 65-70 dollar arasında qiymət limitini müzakirə edirlər.

Lakin Avropa İttifaqının diplomatları bildiriblər ki, məsələni müzakirə etmək üçün noyabrın 25-də axşama planlaşdırılan Avropa İttifaqı hökumət nümayəndələrinin görüşü ləğv edilib.

Qiymət həddi dekabrın 5-də Aİ-nin Rusiya xam neftinə qadağası başladıqdan sonra qüvvəyə minməlidir.

Son xəbərlər
Digər xəbərlər