12 C
Baku
Monday, April 15, 2024

Çindən idxal olunan pestisid saxta çıxdı

Çindən idxal olunan, ümumi çəkisi 3500 kq “TİTAN 350 SC”adlı pestisid məhsulunun saxtalaşdırıldığı, etiket məlumatları ilə tərkibinin uyğunsuz olduğu müəyyən edilib.

Banker.az bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.

AQTA-nın məlumatına əsasən, aşkar olunmuş uyğunsuzluqla əlaqədar fiziki şəxs Atakişiyev Məhərrəm Əmirxəlil oğlu tərəfindən idxal olunmuş pestisidin istifadə təyinatı üzrə tətbiqinə icazə verilməyib. Təqdim olunan sənədlərin həqiqiliyinə dair şübhələr yarandığından, məsələnin araşdırılması məqsədilə idxalçı ölkənin aidiyyəti qurumuna sorğu göndərilib. Müraciət əsasında, preparata dair mənşə sertifikatının verildiyi Çin Xalq Respublikasının Beynəlxalq Ticarətin Təşviqi üzrə Çin Şurası (China Council for Promotion of International Trade) tərəfindən göndərilmiş cavab məktubunda sertifikatın saxta olduğu bildirilib. Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülməsi üçün aidiyyəti dövlət qurumlarına məlumat verilib.

Son xəbərlər
Digər xəbərlər