Çində elektron ticarət xidmətlərindən istifadə edən alıcıların sayı 14,4 faiz artaraq 610 milyon nəfərə çatıb.
Çin internet şəbəkəsi informasiya mərkəzinin statistikasına əsasən, hazırda Çində internet vasitəsilə bazarlıq edənlərin sayı ölkədəki ümumi internet istifadəçilərinin 73,6 faizini təşkil edir.
İnternet vasitəsilə məhsul alan müştərilərin təxminən 592 milyonu mobil telefonlardan istifadə etməklə sifarişlərini verib.