“Apple” şirkətinin kapitallaşması 18 milyard dollar artıb. Bunun səbəbi “Foxconn” nun Çindəki iPhone istehsalı zavodunun yenidən fəaliyyətə başlaması olmuşdur.
Qeyd edək ki, “Foxconn” şirkəti “Apple” ın ən böyük tərəfdaşıdır, fevralın sonuna qədər istehsalı ən azı 50%-dək bərpa etmək planlaşdırılır. Banker.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “Reuters” xəbər agentliyi məlumat verib.
Bildiyimiz kimi, koronavirus epidemiyasının yayılması səbəbiylə Çində fəaliyyət göstərən bir çox şirkətlər işini dayandırmışdır. Müqaviləistehsalçısı mart ayında istehsalın 80%-ni bərpa etmək niyyətində olduğunu bildirib.
Mütəxəssislərin fikrincə, koronavirus nəticəsində smartfon tədarükünün 10% azala biləcəyini proqnoz edirlər. “HP”, “Oppo”, “Vivo”, “Xiaomi” və digər bir çox tanınmış şirkətlər də həmçinin öz məhsullarını Çində istehsal edir. Təkcə “Samsung Electronics” smartfon istehsalını Çindən çıxarıb.