1 C
Baku
Saturday, December 14, 2024

Çində koronavirusa yoluxanların və ölənlərin sayı azalır

Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 80 600, bu virus səbəbindən ölənlər isə 3 070 nəfərə çatıb.

Çin Dövlət Səhiyyə Komitəsinə istinadla xəbər verilir ki, ötən sutka ərzində 99 yoluxma, 28 ölüm faktı qeydə alınıb.

1 678 nəfər sağalaraq xəstəxananı tərk edib. Ümumilikdə isə 55 400 nəfər sağalıb. 

Eyni zamanda, Çinin 31 bölgəsinin əksəriyyətində bir neçə gündür yeni yoluxma halları qeydə alınmayıb. 

Yenilənmiş məlumatlara görə, Çində koronavirusdan rəsmi ölüm nisbəti 3,77 faizdən 3,8 faizə düşüb. 

Qeyd edək ki, koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxmuş insanların ümumi sayı 98 192 nəfərdir.  Report

Son xəbərlər
Digər xəbərlər