6 C
Baku
Monday, December 16, 2024

Çində smartfon satışı 10 illik minimuma düşüb

2022-ci ildə Çində smartfon satışı 13.2% azalaraq 286 milyon ədəd təşkil edib. Bu, bütün dövrlər ərzində ən böyük eniş olub. Bildirilir ki, ötən ildə Çin bazarında ən böyük satıcı adını “Vivo” brendi qazanıb – şirkətin bazar payı 18.6% təşkil edir. İkinci yerdə “Honor” (18.1%), üçüncü yerdə isə “Oppo” və “Apple” (hər biri 16.8%). Qeyd edək ki, “Apple” korporasiyasının satışları il ərzində 4.4% azalıb.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Qlobal smartfon bazarında satışlar 11.3% azalıb. 2022-ci ilin dördüncü rübündə bu göstərici 2021-ci ilin eyni dövrü ilə müqayisədə 18.3% kiçilib. Ümumilikdə, 2021-ci ildə dünyada 1.21 milyard smartfon satılıb ki, bu da 2013-cü ildən bəri ən aşağı göstərici olub.

Bütün dünyada smartfon satışı üzrə lider “Samsung” olub: ilkin məlumata görə, şirkət bazar payı 21.6% olmaqla 260.9 milyon cihaz satıb. İkinci yerdə “Apple” (226.4 milyon), üçüncü yerdə isə “Xiaomi” (153.1 milyon) dayanır.

Son xəbərlər
Digər xəbərlər