23 C
Baku
Tuesday, April 23, 2024

Çindəki iğtişaşlar yuan ilə bərabər Avstarliya və Yeni Zelandiya dollarını “sarsıdır”

Bazar ertəsi Çində hökumətin anti-COVID siyasətinə etirazlar investorları daha riskli aktivlərdən uzaqlaşdırdırır və onları Çin yuanındansa dollar etibarlı liman kimi seçdirir ki, bu da iki həftədən çox ucuzlaşmağa baş qoyan dollar yenidən dirildib.

Banker.az xəbər verir ki, etirazlar ölkənin qərbində yerləşən Urumçidə 10 nəfərin ölümü ilə nəticələnən mənzil yanğınından sonra bütün Çində alovlanıb və bir neçə şəhərə yayılıb. Dünən axşam Şanxayda yüzlərlə nümayişçi ilə polis arasında toqquşma olub.

COVID yoluxmalarının arması ilə Pekin hökumətinin vətəndaş itaətsizliyi dalğasına necə reaksiyaverəcəyi investorları narahat edirdi.

İndi analitiklər gedən proseslərə Çin komunizim hökumətinin hansı reaksiya verəcəyini izləyir. Çünki, bu Çin kimi qapalı, sərt qaydalara sahib olan ölkə üçün nadir bir olaydır.

Ofşor yuan Asiya ticarətində iki həftədən çox aşağı səviyyəyə düşüb və sonuncu dəfə təxminən 0.4% ucuzlaşaraq bir dollar üçün 7.2242 yuana düşüb.

Tez-tez yuan üçün likvid proksi kimi istifadə edilən və riskə həssas Avstraliya dolları 1%-dən çox ucuzlaşaraq $0.6681-ə qədər geriləyib. “Kivi” ləqəbli Yeni Zelandiya dolları isə 0.72% ucuzlaşaraq $0.6202 olub.

Çinin sərt COVID məhdudiyyətləri onun iqtisadiyyatına ağır zərbə vurub və vurmaqdadır. Hökumət rəsmiləri iqtisadi artımı canlandırmaq üçün müxtəlif alətlərə əl atır. Cümə günü, ölkənin mərkəzi bankı olan Çin Xalq Bankı (PBOC), dekabrın 5-dən etibarən banklar üçün məcburi ehtiyat nisbətini 25 baza bəndi azaldacağını deyib.

Düşülür ki, əgər məcburi ehtiyat nisbətini mərkəzi bankın həyata keçirəcəyi yeganə pul siyasəti alətidirsə, bu, bank kreditlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olmaya bilər. İndi şirkətlər daha çox COVID yoluxmalarının səbəbindən daha zəif pərakəndə satış və yarımçıq ev layihələri ilə ev qiymətlərinin düşməsi ilə üzləşirlər.

Avro 0.5% ucuzlaşaraq $1.0350-yə, funt sterlinq isə 0.26% ucuzlaşaraq $1.2057-yə düşüb.

Çində baş verən son hadisələr, Federal Ehtiyat Sisteminin faiz artırma tempini tezliklə yavaşlatacağına (bu barədə tən həftə protokollar çıxmışdı) ümidlə son bir neçə həftə ərzində yumşalan ABŞ dollarının ucuzlaşmasına fasilə verir.

6 əsas valyuta səbəti qarşısında ölçülən ABŞ dolları indeksi 0.07% artaraq 106.41 səviyyəsinə çatıb.

Fed sədri Cerom Pouel çərşənbə günü Brukinqs İnstitutunun tədbirində ABŞ iqtisadiyyatı və əmək bazarı üçün perspektivlər barədə danışacaq ki, bu da ABŞ-ın pul siyasətinin perspektivləri ilə bağlı daha çox siqnal verə bilər.

Lakin, FED-in monetar siyasətdə yumşalma siqnalları yeni bahalaşdırıb. Yapon yeni təxminən 0.5% bahalaşaraq 1 dollar üçün 138.40-a bərabər olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər