10 C
Baku
Friday, December 13, 2024

Çindən ABŞ-a çağırış: “Daxili işlərimizə qarışmağı dayandırın”

“ABŞ Çinin daxili işlərinə qarışmağı dayandırmalıdır”.

Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton ikitərəfli münasibətlərin siyasi təməlini sarsıtmağa son qoymalıdır: “Rəsmi Pekin Çin-ABŞ münasibətlərindəki mövcud çətinliklərə görə məsuliyyət daşımır. Vaşinqton Çin-ABŞ münasibətlərinin sağlam və sabit inkişaf yoluna qayıtmasına kömək etməlidir”.

Bundan əvvəl ABŞ-ın “Politico” nəşri yazmışdı ki, Çin ABŞ-la yüksək səviyyəli diplomatik əlaqələri davam etdirmək, o cümlədən görüşlər keçirmək niyyətində deyil.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər