15 C
Baku
Friday, May 3, 2024

Çindən Azərbaycana blok qatarlarla yükdaşımalar bərpa edilib

Çindən Azərbaycana blok qatarlarla yükdaşımalar bərpa edilib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-dən bildirilib.

Məlumata görə, müəyyən fasilədən sonra Çindən Azərbaycana konteyner blok qatarı ilə ilk yükdaşıma həyata keçirilib.

Bildirilib ki, Siandan yola salınan qatar artıq Bakı limanına çatıb. Çindən ölkəmizə ümumikdə 110 TEU yük – elektrik avtomobilləri, tikinti materialları, sənaye məhsulları çatdırılıb. Daşıma Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə, “Xian Free Trade Port Construction and Operation”, “KTZ Express” və “ADY Konteyner” MMC-nin əməkdaşlığı çərçivəsində həyata keçirilib.

“ADY Konteyner” MMC yeni blok qatarların təşkili istiqamətində Çin şirkətləri ilə əməkdaşlığı genişləndirir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər