16 C
Baku
Sunday, May 26, 2024

Çinin ən böyük bankı Rusiyadan yuanla ödənişləri qəbul etməyi dayandırıb

Bir neçə Çin bankı Rusiyadan yuanla ödənişləri qəbul etməyi dayandırıb. Bunlara Çinin ən böyük bankı “ICBC”, həmçinin “China Citic Bank”, “Industrial Bank” və “Bank of Taizhou” daxildir. “Bank of China” da yeni məhdudiyyətlər tətbiq edib, lakin əməliyyatların yalnız kiçik bir hissəsi bu kredit təşkilatı vasitəsilə həyata keçirilir.

Xüsusilə sənaye mallarının ödənişləri mürəkkəbləşib. Çinə yuanın göndərilməsi də böyük problemə çevrilib. Mənbə qeyd edir ki, hazırda Rusiya ilə əsasən kiçik Çin bankları işləyir.

Martın sonundan etibarən “ICBC”, “China Citic Bank”, “Industrial Bank” və “Bank of Taizhou” Rusiyadan yuan qəbulunu dayandırıb. Kiçik oyunçular da böyük banklardan nümunə götürməyə və məhdudiyyətlər tətbiq etməyə başlayıb – onlar ABŞ-nin ikinci dərəcəli sanksiyaların tətbiqindən qorxurlar.

“Bank of China” əməliyyatın Luqansk, Donetsk, Krım, İran, Şimali Koreya, Kuba və ya Suriya ilə, ödənişi göndərən və ya alanın isə Rusiya silahlı qüvvələri ilə əlaqəsi olub-olmaması barədə məlumat tələb etməyə başlayıb.

Müsbət cavab verdikdə, Çin tərəfi çox güman ki, əməliyyatı həyata keçirməkdən imtina edəcək, ekspertlər qeyd ediblər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər