28 C
Baku
Saturday, July 27, 2024

Çinin 300 şirkəti koronavirusa görə 8,2 milyard dollar borc alacaq

Çinin 300 şirkəti koronavirus epidemiyasının yayılmasına görə banklardan 8,2 milyard dollar borc alacaqlar. Bu şirkətlər arasında smartfon istehsalçısı “Xiaomi”, nəqliyyat xidmətlərini göstərən “DiDi” və “Meituan Dianping” kimi korporasiyalar var.

Banker.az xəbər verir ki, bu haqda bank sahəsindəki iki mənbəyə istinadən “Reuters” xəbər agentliyi məlumat verib.

Mənbələrdən birinin verdiyi məlumata görə, yuxarıda göstərilən şirkətlər ya koronavirusla mübarizə aparırlar, ya da ondan irəli gələn maliyyə itkilərinin qarşısını almağa çalışırlar. Agentlik qeyd edir ki, kredit üçün müraciət edən şirkətlər, çox güman ki, müsbət cavab alacaqlar.

“Xiaomi” 5 milyard yuan (716 milyon dollar), “Meituan Dianping” 4 milyard yuan (572,9 milyon dollar), “DiDi” 50 milyon yuan (7,16 milyon dollar), “Qihoo” isə 1 milyard yuan (143,25 milyon dollar) kredit götürmək istəyir.

Son xəbərlər
Digər xəbərlər