7 C
Baku
Sunday, December 15, 2024

Çinin avtomobil istehsalçısı “Aston Martin” şirkətində pay sahibi ola bilər

Çinin “Geely Group” avtomobil istehsalçısı Böyük Britaniyanın “Aston Martin” şirkətində pay əldə edə bilər.

Hazırda aparılan danışıqlarda, sadəcə, texnologi tərəfdaşlıq müqaviləsi də imzalana bilər.

Lüks avtomobillər istehsalçısı olan “Aston Martin” uzun müddətdir maliyyə çətinlikləri səbəbindən sərmayəçi axtarır. Belə ki, 2018-ci ilin doqquz ayında 23,9 milyon funtluq gəlirə qarşı ötən ilin eyni dövrünü 92,3 milyon funt zərərlə başa vurub. Şirkət dekabr ayında səhmlərinin nəzarət zərfini sata biləcəyi barədəki xəbərləri təsdiq edib. “Geely” ilə danışıqlar barədə xəbərlərin yayılmasından sonra şirkətin səhmləri 15 faiz bahalaşıb.

Bununla belə “Aston Martin”də pay sahibi olmağa əsas iddiaçı olan Formula-1-dəki “Racing Point” komandasının sahibi, milyarder Lourens Stroll mənbələrə görə, şirkətdə 19,9 faizlik pay sahibi olmaq üçün 200 milyon avro həcmində sərmayə yatırmağa hazırdır. Belə olan halda, “Geely”in də payçı olmağa razılaşıb-razılaşmayacağı hələlik məlum deyil.

©Report

Son xəbərlər
Digər xəbərlər