16 C
Baku
Monday, May 20, 2024

Çinin Evergrande şirkəti ABŞ-da iflas olmaqla bağlı müraciət edib

Banker.az-ın məlumatına görə,bu, restrukturizasiya dövründə şirkəti ölkədəki kreditorlardan qoruyacaq.

Bloomberg yazır ki, China Evergrande Group ABŞ-ın İflas Məcəlləsinin 15-ci fəslinə uyğun olaraq Nyu-Yorkda iflasla müraciət edib. Bu, xüsusi hallarda, yəni birdən çox maraqlı tərəf olan ölkənin olduğu halları nəzərədə tutan bir qaydadır.

Evergrande, 2021-ci ildə istiqrazları üzrə defolt etdiyi anda dünyada dünyanın ən böyük borclarından birinə-  300 milyard dollardan çox borca sahib olan bir tikinti şirkətdir. Şirkətin təsisçisi Hui Ka Yan şirkəti xilas etmək üçün 1,1 milyard dollar dəyərində daşınmaz əmlak və incəsənət əsərləri satıb.Şirkətin özü də aktivlərinin bir hissəsini satıb.

Daşınmaz əmlakla yanaşı, Evergrande digər bizneslərədə sahibdir – məsələn, 2022-ci ildə şirkət Hengchi brendi altında ilk elektrik avtomobilini buraxdı. 2023-cü ilin avqustunda bu bölmənin təxminən 28%-i China Evergrande New Energy Vehicle Group-a 500 milyon dollar sərmayə qoyuluşu müqabilində NWTN startapını almağa razılaşdı.

Bloomberg-in məlumatına görə, şirkət bir neçə aydır ki, ofşor borclarının restrukturizasiyası planını tamamlamaq üçün çalışır. 2023-cü ilin aprelində o, planı həyata keçirmək üçün kreditorlardan hələ də lazımi dəstəyi almadığını elan edib. Evergrande avqustun sonuna kreditorların səsverməsin təyin edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər