9 C
Baku
Friday, December 13, 2024

Çinin “Geely” şirkəti “Aston Martin”ə $295 mln. sərmayə qoyub

Çinin “Geely” şirkəti “Aston Martin”ə 234 milyon funt sterlinq (295 milyon dollar) sərmayə qoyaraq, üçüncü ən böyük səmhdara çevrilib. Hazırda o, 17% paya sahibdir, Banker.az bu barədə VC.ru-ya istinaədn xəbər verir.

Razılaşmadan sonra “Aston Martin” 95 milyon funt sterlinq (120 milyon dollar) nağd pul alacaq ki, bu da şirkətin xalis borcunu azaldacaq. “Reuters”in məlumatına görə, martın sonunda “Aston Martin”nin borcu 868.1 milyon funt sterlinq (1.1 milyard dollar) olaraq qiymətləndirilib.

Xəbərin fonunda “Aston Martin” səhmləri təxminən 25% artaraq bir səhm üçün 2.8 funt sterlinqə çatıb. Bakı vaxtı ilə saat 19:20-yə olan məlumata görə, bir səhmin qiyməti 2.6 funt sterlinq olub. “China Oceanwide Holdings”in (“Geely” brendinin sahibi) səhmləri Honq-Konq birjasında hərracların bağlanışına qədər 5.8% bahalaşıb.

“Geely” həmçinin Böyük Britaniyanın “Lotus” və İsveçin “Volvo” şirkətlərinin sahibidir. Avtomobil istehsalçısı “Aston Martin”də ilk 7.6%-lik payını 2022-ci ilin sentyabrında alıb.

Son xəbərlər
Digər xəbərlər