24 C
Baku
Thursday, April 18, 2024

Çinin investisiya şirkətinin CEO-su istefa verib

2021-ci ildə defoltdan sonra iqtisadi darboğazı aşa bilməyən, $300 mlrd.-lıq borcunu ödəməkdə çətinlik çəkən Çinin məşhur daşınmaz əmlak investisiya şirkəti ” China Evergrande”nin Baş icraçı direktoru (CEO) Xia Hajiun və Baş maliyyə direktoru (CFO) Pan Daronq istefa veriblər.

Banker.az Financial Times-a istinadən xəbər verir ki, bu barədə şirkətdən verilən açıqlamada deyilir.

Məlumata görə, Haijun “Evergrande”nin törəmə şirkətlərindən birinin xəzinəsinə $2 mlrd. köçürmə planında iştirak etdiyinə görə istefa verib. “Evergrande” Baş maliyyə direktoru (CFO) Pan Daronq da eyni ittihamla istefaya göndərilib. O da istefa verdiyini açıqlayıb.

Şirkət ilkin araşdırmada bəyan edib ki, “Evergrande Əmlak Xidmətləri”nə məxsus vəsaitlər bir sıra kreditlərin təmin edilməsi üçün girov kimi istifadə edilib və daha sonra üçüncü tərəf vasitəsilə “Evergrande”yə yönləndirilib. Ötən ilin sonunda kreditlər ödənilməyəndə banklar əmlakın idarə olunması bölməsindən $2 mlrd.-ı müsadirə ediblər. Baş verənlərdən sonra şirkət mart ayında balans hesabatını dərc etməyi təxirə salmalı oldu.

Şirkətin “EV” bölməsinin prezidenti olan Siu Şonun Baş icraçı direktor, vitse-prezident Qian Çenqin isə Baş maliyyə direktoru vəzifəsinə təyin edildiyi açıqlanıb.

 

 

Son xəbərlər
Digər xəbərlər