Çinin kart brendi “Union Pay” Azərbaycan bazarında fəaliyyətini genişləndirmək istəyir

0
Union Pay

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında “Union Pay International” beynəlxalq kart təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib. Banker.az xəbər verir ki, bu barədə Palatadan xəbər verilib.

Görüş zamanı qonaqlara ölkədə nağdsız ödənişlər və onların inkişaf səviyyəsi, bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi istiqamətində atılan addımlar, ödəniş ekosistemində formalaşdırılacaq yeni qanunvericilik bazası haqqında ətraflı məlumat verilib, “Union Pay International” beynəlxalq kart təşkilatının ölkədə fəaliyyətinin genişləndirilməsi, bu təşkilat tərəfindən ölkə bazarında təqdim ediləcək məhsul və xidmətlər, habelə innovativ ödəniş alətlərinin tətbiqi istiqamətləri müzakirə edilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Gələcək əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu görüşdə həmçinin nağdsız ödənişlərin inkişaf etdirilməsi üzrə qarşılıqlı təcrübə mübadiləsinin aparılması imkanları, habelə bank mütəxəssislərinin bu sahədə bilik və bacarıqlarının artırılması barədə fikir mübadiləsi aparılıb.