Çinin Mərkəzi Bank bir neçə kommersiya bankları ilə birgə ölkədə elektron ödənişlərin sayını və həcmini artırmaq üçün milli kriptovalyutanın prototipini sınaqdan keçirir.
“Psm7.com”a istinadən, kriptovalyuta Çinin milli valyutası olan yuanla paralel olaraq dövriyyədə olacaq. Kriptovalyutanın buraxılması Çin üçün xüsusilə vacibdir, çünki milyonlarla insanın ənənəvi banklara hələ də çıxışı yoxdur.
Kriptovalyutanın nə zaman dövriyyəyə buraxılacağı barədə hələlik dəqiq məlumat yoxdur.