10 C
Baku
Friday, December 13, 2024

Çinin məşhur kurort zonasında 80 min turist karantinə alınıb

Çinin turizm bölgələrindən biri olan Haynan əyalətində yeni COVID-19 epidemiyası ilə əlaqədar karantin elan edilib.

Banker.az xarici mətbuata istinadən xəbər verir ki, əyalətin məşhur bölgəsi olan Sanyada məhdudlaşdırma tədbirləri elan edildikdən sonra təxminən 80 mon turist buradan çıxa bilmir. Belə ki, şənbə günü burada bütün ictimai nəqliyyat xidmətlərinin dayandırılıb, şəhər daxilində vətəndaşların hərəkətinə məhdudiyyətlər qoyulub. Bildirilib ki, tədbirlərə məruz qalan şəxslər 7 gün karantində qalıb, 5 neqativ test nəticəsindən sonra şəhəri tərk edə bilərlər. Açıqlamada, hazırda Sanyada olanların və iyulun 23-də və ya ondan sonra şəhərə gələnlərin Haynan əyalətini tərk edə bilməyəcəyi bildirilib.

Bundan sonra Sanyadan aviareyslərin 80%-i ləğv edilib.

Qeyd edək ki, Sanya turizm kurort şəhəri “Çinin Havayı” adlanır. Bölgədə gözəl çimərliklər, tropik meşələr və lüks otellər var. Karantinin tətil mövsümünün qızğın vaxtında tətbiq olunması diqqət çəkib.

 

Son xəbərlər
Digər xəbərlər