16 C
Baku
Saturday, April 20, 2024

Çinin nəhəng şirkətinin Azərbaycandakı törəməsinin rəhbəri dəyişib

Çininin İKT texnologiyaları şirkəti “Huawei”in Azərbaycandakı törəmə şirkətinin rəhbəri dəyişib.

Banker.az-ın əldə etdiyi məlumata görə, “Huawei Technologies Azərbaycan” MMC-nin Xu Hui Baş direktoru təyin edilib. Buna qədər isə bu vəzifədə Lu Canlin idi.

“Huawei Technologies Azərbaycan” 2011-ci ildə yaradılıb və 300 min dollar nizamnamə kapitalına sahibdir. Şirkət Azərbaycanda işğaldan azad edilmiş ərazilərində “Ağıllı şəhər” və “Ağıllı kənd” texnologiyalarının təchizatçısı kimi iştirak edir.

Prezident İlham Əliyevin 27 aprel tarixində Zəngilan və Cəbrayıl rayonlarına səfərində şirkətin Baş meneceri bildirmişdi ki, Qarabağda “Ağıllı kənd” üzrə qabaqcıl texnologiyaları təmin etmək üçün onlar ən son məhsul və texnologiyaları təchiz edəcəklər.

Belə ki, Azərbaycanda ilk dəfə “Qiqabit AirPON” texnologiyasını istifadə edəcəklər.

Son xəbərlər
Digər xəbərlər